Mustafa Ceceli Şəmkirə toya gəlir - 30 minə

Mustafa Ceceli Şəmkirə toya gəlir - 30 minə
Türkiyənin məşhur müğənnisi Mustafa Ceceli yenidən Azərbaycanda qonaq olacaq.

“Xeberdar.net” Primetime.az-a istinadən məlumat verir ki, bu yaxınlarda ikinci dəfə ailə qurması ilə gündəmə gələn sənətçinin ölkəmizə gəlmə səbəbi toylardan birində iştirak etməsidir. Belə ki, M.Ceceli paytaxtda yerləşən ticarət mərkəzi "Metropark"ın sahibinin qardaşı qızının 30 iyul tarixində Şəmkirdə baş tutacaq toyunda çıxış edəcək.

Əldə etdiyimiz məlumata görə, Ceceli Şəmkirə orkestri ilə birgə gəlir. Onun toydakı çıxışının qiyməti təxminən 30 min avrodur. Şəmkirin Şiştəpə kəndində keçiriləcək toyun idarə olunması müğənni Nuri Sərinləndiriciyə həvalə olunub.

N.Sərinləndirici isə sözügedən toydan 18 min dollar qazanacaq.

Qeyd edək ki, ölkədə keçirilən dəbdəbəli və ən bahalı toyların məkanı məhz Şəmkirin Şiştəpə kəndidir. Belə ki, bu günlərdə orada Rusiyada fəaliyyət göstərən iş adamının oğlunun 4 gün, 4 gecə toy mərasimi keçirilib.

Murad Arif və Vəfa Zeynalovanın aparıcısı olduğu məclisdə Türkiyənin məşhur sənətçisi Kibariye çıxış edib. O, bu toydan 15 min dollar qonorar əldə edib.

Mustafa Ceceli Şəmkirə toya gəlir - 30 minə

  • 25-07-2017, 14:54
  • 660


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Bakı Avrasiya Universitetində tələbələrə yaradılan yeni fürsətlərdən danışılıb - FOTOLAR
  2. İRANDA TAXT-TAC DÖYÜŞLƏRİ BAŞLAYIB - Rəisinin administrasiyası islahatçıları "təmizləyiir"...
  3. Şok iddia: “Türkiyənin nüvə silahı...” - Yeni anlaşma balansı dəyişir
  4. Taleh Əliyev: “Nümayiş etdirdikləri birliyə görə xalqımıza minnətdarlığımı bildirirəm”
  5. Türkiyə hərb sənayesindən MÖHTƏŞƏM YENİLİK: SİHA-ların "gözündən" heçnə yayınmayacaq
  6. “NATO-nun qapıları Ukraynanın üzünə açıqdır” – ABŞ-ın Müdafiə naziri
  7. İctimai Birliklərin “ Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyası Tarif Şurasının qərarına etiraz etdi- Mövqe
  8. "İcra məmuru bizi dövlətimizdən narazı salır..." - GİLEY
  9. “Gilan Holdinq”də kütləvi ixtisar DALĞASI - Qəbələnin yüzlərlə sakini işsiz qalıb...
  10. Sabahın hava proqnozu açıqlanıb
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI