DİQQƏT! - Çimərliklərdəki ölümlərin bir nömrəli SƏBƏBİ - FOTO

DİQQƏT! - Çimərliklərdəki ölümlərin bir nömrəli SƏBƏBİ - FOTO
"Evə ikigünlük gəlmişdim. Qardaşım israrla dedi ki, gedək dənizə. Etiraz etdim ki, bu küləkdə nə dəniz, başqa vaxt gedərik. Əl çəkmədi, məcbur qalıb, getdim. Elə suya təzəcə baş vurmuşdu ki, gördüm hündür bir dalğa onu görünməz etdi. Gördüm tərpənmədən dalğanın ortasında qalıb. Qorxudan ürəyi partlayıbmış. Çünki meyiti yuyanlar dedilər ki, kürəyi qapqara idi. Mən onu dalğaların arasından güclə çıxartdım. Sahildə yarım saat təcili yardım maşını gözlədik. Ona süni nəfəs verdim, ağzından suyu qaytardı, amma ayılmadı. Heç xəstəxanaya çatdıra bilmədim. Evdən qardaşımı salamat apardım, meyiti ilə qayıtdım. Kaş onun yerinə mən öləydim”

Publika.az-ınməlumatına görə bu sözlər dünən qardaşı Kürdəxanı çimərliyində boğulan teleaparıcı Hüseyn Azərə aiddir. Yaxud dünən baş verən 6 çimərlik faciəsindən yalnız birinin özətidir.

Hər il Fövqəladə Hallar Nazirliyi tərəfindən dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, dənizdə boğulma hallarının qarşısını tamamilə almaq mümkün olmur. FHN çimmək üçün nəzərdə tutulmamış ərazilərdə çimmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, küləkli havada dənizə girmək, sərxoş halda çimərliyə gəlmək və içkili halda dənizə girməyi qadağan edir.

Ötən gün Bakı çimərliklərində qeydə alınan ölüm statistikası isə qorxuducu oldu: 1 gündə 6 nəfər. Şübhəsiz ki, havanın küləkli olması da ölüm sayına təsir edən amillərdəndir.

Aşağıdakı şəkilə diqqətlə baxın. Çünki bu məlumatın bilinməsi və yayılması vacibdir.

Şəkildə oxlarla işarələnən yerə diqqət yetirin. Göründüyü kimi iki tərəfdə də dalğa olmasına baxmayaraq, orta boşdur. Buna tərs axın deyirlər və bu axına düşmək həyatı təhlükə daşıyır, ölümlə nəticələnə bilər. Ölənlər də adətən, dənizə girib bu axına düşür, ya da damar tutulması nəticəsində hərəkətsiz qaldığı üçün batırlar.

Belə bir mənzərə ilə qarşılaşsanız, həmin yerdən kənar üzün, yox səhvən tərs axına düşsəniz, sahilə paralel üzərək oradan çıxın.

xeberdar.net

DİQQƏT! - Çimərliklərdəki ölümlərin bir nömrəli SƏBƏBİ - FOTO

  • 31-07-2017, 20:58
  • 502


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Bakı Avrasiya Universitetində tələbələrə yaradılan yeni fürsətlərdən danışılıb - FOTOLAR
  2. İRANDA TAXT-TAC DÖYÜŞLƏRİ BAŞLAYIB - Rəisinin administrasiyası islahatçıları "təmizləyiir"...
  3. Şok iddia: “Türkiyənin nüvə silahı...” - Yeni anlaşma balansı dəyişir
  4. Taleh Əliyev: “Nümayiş etdirdikləri birliyə görə xalqımıza minnətdarlığımı bildirirəm”
  5. Türkiyə hərb sənayesindən MÖHTƏŞƏM YENİLİK: SİHA-ların "gözündən" heçnə yayınmayacaq
  6. “NATO-nun qapıları Ukraynanın üzünə açıqdır” – ABŞ-ın Müdafiə naziri
  7. İctimai Birliklərin “ Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyası Tarif Şurasının qərarına etiraz etdi- Mövqe
  8. "İcra məmuru bizi dövlətimizdən narazı salır..." - GİLEY
  9. “Gilan Holdinq”də kütləvi ixtisar DALĞASI - Qəbələnin yüzlərlə sakini işsiz qalıb...
  10. Sabahın hava proqnozu açıqlanıb
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI