Lənkəranda ağır qəza baş verib: 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb - YENİLƏNİB

Lənkəranda ağır qəza baş verib: 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb - YENİLƏNİB
Lənkəran rayonunun Liman şəhərində iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasında xəsarət alan 5 şəxsdən 4-nün şəxsiyyəti müəyyənləşdirilib. APA-nın cənub bürosunun məlumatına görə, xəsarət alanlar - Astara sakini 1984-cü il təvəllüdlü Süleymanov Rüstəm Tarif oğlu (“Mercedes”in sürücüsü), Sumqayıt sakinləri 1980-ci il təvəllüdlü Hüseynova Solmaz Malik qızı, 1984-cü il təvəllüdlü Mikayılova İradə və Lənkəran rayon sakini Əlizadə Elməddin Cabbar oğludur.

Qəzanın bəzi təfərrüatları məlum olub. İlkin məlumata görə, iribuynuzlu heyvanın yola qəfil çıxması səbəbindən “Mercedes”in sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil heyvanı vurub öldürüb, daha sonra “VAZ”a çırpılıb. Qəza nəticəsində 2 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb. Ölən şəxslərin "VAZ"-ın sürücüsü və sərnişini olduğu bildirilir.

**** 06.18

Lənkəranda ağır qəza baş verib, ölən və yaralananlar var.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara yolunun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "VAZ 2107" və "Mercedes" markalı iki avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 5 nəfər isə ağır xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ölən şəxslərin "VAZ"-ın sürücüsü və sərnişini olduğu bildirilir.

Yaralılardan ikisinin vəziyyəti ağırdır, onlar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub.

Qəzanın təfərrüatları, ölən və xəsarət alan şəxslərin kimliyi müəyyənləşdirilir. Ətraflı məlumat veriləcək.

Lənkəranda ağır qəza baş verib: 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb - YENİLƏNİB
Lənkəranda ağır qəza baş verib: 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb - YENİLƏNİB
Lənkəranda ağır qəza baş verib: 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb - YENİLƏNİB

Lənkəranda ağır qəza baş verib: 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb - YENİLƏNİB

  • 16-08-2017, 08:07
  • 849


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. BDU-da baş verən qanlı insidentlə bağlı SENSASİON TƏFƏRRÜATLAR
  2. Elmar Vəliyevin oğlu başqasının torpağını zəbt edib: - Özünə idman meydançası tikib
  3. Gəncədə küçələri su basdı, elektrik kəsildi - VİDEO
  4. Tovuzun icra başçısı HƏDDİNİ AŞIR... - İTTİHAM
  5. Bərdədə ər arvadını əlləri ilə boğub öldürüb
  6. SƏTTAR MÖHBALIYEV SİZ KİMSİNİZ?..
  7. Mətanət Əsədovanın həbs xəbəri yayıldı: “Qadınları evində iş adamlarına…”
  8. Prokuror DTX-ın saxladığı sabiq nazir müavininə 10 il həbs cəzası istəyib
  9. Qobustanda toylarda yoxlamalar aparıldı: Sahibkar külli miqdarda cərimələndi
  10. "Ağrımırdım, yalandan MƏNƏ ƏMƏLİYYAT DEDİLƏR, həyatım alt-üst olub" - "EGE HOSPİTAL" dan şikayət
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI