Dələduzluqda təqsirləndirilən ana və oğlua 17 il 6 ay iş kəsilib

Dələduzluqda təqsirləndirilən ana və oğlua 17 il 6 ay iş kəsilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Qədəm Tanrıverdiyeva və onun oğlu Nadir Tanrıverdiyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

“Report”un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Q.Tanrıverdiyevanın 10 il, oğlu N.Tanrıverdiyevin isə 7 il 6 müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında Q.Tanrıverdiyevanın 10 il 6 ay, oğlu N.Tanrıverdiyevin isə 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, təqsirləndirilən şəxs Q.Tanrıverdiyeva əvvəllər də dələduzluqda ittiham olunub və həbs edilib. O, 2014-cü ildə dələduzluq etdiyi üçün həbs olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə Q.Tanrıverdiyevanın əməli sübuta yetirilməyib və barəsində bəraət hökmü çıxarılıb.

Həbsdən çıxan Q.Tanrıverdiyeva növbəti dəfə dələduzluq ittihamı ilə həbs edilib.
Bu dəfə isə məlum olub ki, dələduzluq işində oğlu Nadirin də əli var. Ana və oğul Abşeron və Sumqayıtda bir qrup vətəndaşın etibarından sui-istifadə edərək dələduzluq əməlləri törədiblər. Onlar zərərçəkmişlərin şikayəti əsasında saxlanılıblar.

Q.Tanrıverdiyeva və N.Tanrıverdiyev Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək), 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci ( bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham ediliblər.

Dələduzluqda təqsirləndirilən ana və oğlua 17 il 6 ay iş kəsilib

  • 30-08-2017, 12:52
  • 567


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Azərbaycanda tələbə “WhatsApp”da status yazıb intihar etdi - FOTO
  2. Astarada qadın qonşusunun verdiyi dərmandan öldü
  3. DSX-dən İrana CAVAB
  4. Azərbaycanda hamilə qadın peyvəndə görə tələbəlikdən imtina edib
  5. Bakıda DƏHŞƏT: 6 yaşlı uşaq diri-diri YANDI
  6. Sumqayıtda hamilə arvadını öldürən şəxsə hökm oxunub
  7. Sabiq icra başçısının həbs müddəti uzadılıb
  8. Azərbaycan-Gürcüstan-Türkiyə birgə gömrük komitəsinin fəaliyyət istiqamətləri açıqlanıb
  9. Qəbələdə karantin qaydalarını pozan toy təşkilatçıları cərimələnib
  10. Tehran rejiminin Azərbaycana qarşı törətdiyi təxribatlarla əlaqədar Milli Hərəkatçılar Birliyi bəyanat yaydı
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI