Güclü külək Qəbələdəki alovu geniş ərazilərə yayır – Nazirlik

Güclü külək Qəbələdəki alovu geniş ərazilərə yayır – Nazirlik
Qəbələ Meşə Mühafizəsi və Bərpası müəssisəsinin Abrıx kəndi ətrafındakı Bum meşəbəyliyinin yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində davam edən yanğının söndürülməsi küləyin yenidən güclənməsi səbəbindən bir qədər də çətinləşib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə yerinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 200-dən artıq əməkdaşı, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə qüvvələri və xüsusi texnikası cəlb olunub.

“Qeyd edək ki, yanğının söndürülməsi üçün ETSN və FHN-nin əməkdaşları fədakarlıq göstərərək bütün mümkün olan vasitələrdən istifadə edirlər. Çəkilmiş mineral şum zolaqlarının mövcudluğuna baxmayaraq, güclü külək alovu zolağın üstündən ataraq yanğını daha geniş ərazilərə yayır”, – deyə qurumun məlumatında vurğulanıb.

Nazirlikdən o da bildirilib ki, Oğuz rayonunun Xaçmaz meşəbəyliyində, Qəbələ rayonu ilə həmsərhəd istiqamətdə baş vermiş yanğını isə lokallaşdırmaq mümkün olub, ilkin müşahidələrə görə yanğın zamanı təxminən 50 hektar ərazidə kol-kos və bir qism ağac yanıb.

Güclü külək Qəbələdəki alovu geniş ərazilərə yayır – Nazirlik

  • 2-09-2017, 21:17
  • 419


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Bakı Avrasiya Universitetində tələbələrə yaradılan yeni fürsətlərdən danışılıb - FOTOLAR
  2. İRANDA TAXT-TAC DÖYÜŞLƏRİ BAŞLAYIB - Rəisinin administrasiyası islahatçıları "təmizləyiir"...
  3. Şok iddia: “Türkiyənin nüvə silahı...” - Yeni anlaşma balansı dəyişir
  4. Taleh Əliyev: “Nümayiş etdirdikləri birliyə görə xalqımıza minnətdarlığımı bildirirəm”
  5. Türkiyə hərb sənayesindən MÖHTƏŞƏM YENİLİK: SİHA-ların "gözündən" heçnə yayınmayacaq
  6. “NATO-nun qapıları Ukraynanın üzünə açıqdır” – ABŞ-ın Müdafiə naziri
  7. İctimai Birliklərin “ Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyası Tarif Şurasının qərarına etiraz etdi- Mövqe
  8. "İcra məmuru bizi dövlətimizdən narazı salır..." - GİLEY
  9. “Gilan Holdinq”də kütləvi ixtisar DALĞASI - Qəbələnin yüzlərlə sakini işsiz qalıb...
  10. Sabahın hava proqnozu açıqlanıb
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI