Baş pediatr: "Körpələrə verilən süni qidaların reklamı dayandırılmalıdır"

Baş pediatr: "Körpələrə verilən süni qidaların reklamı dayandırılmalıdır"
"Ana südünü əvəz etmək iddiasına düşənlər süni qidanın əsassız reklamının yayılmasını dayandırmalıdır".

"Report" xəbər verir ki, bunu ölkənin baş pediatrı Nəsib Quliyev Pediatriya İnstitutunda Azərbaycanda ana südü ilə qidalandırma həftəsinin başlanması ilə əlaqədar keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, körpələrə süni qidalar ancaq həkim resepti və göstərişi əsasında verilməlidir: "Ona görə süni qidalar əsassız şəkildə reklam olunmamalıdır".

N.Quliyev qeyd edib ki, körpələrin ana südü ilə qidalanmasını təmin etmək əsas məqsədlərdən biridir: "Ölkədə ana südü ilə qidalanma göstəricisi 1992-ci ildə 1 yaşa qədər olan körpələr arasında 25 faiz təşkil edirdisə, hazırda bu rəqəm 50 faizdir. Amma bölgələrdə bu rəqəm 50 faizdən yuxarıdır. Bu göstəricini bir az da olsa artırmaq niyyətindəyik".

Baş pediatr: "Körpələrə verilən süni qidaların reklamı dayandırılmalıdır"

  • 2-10-2017, 12:05
  • 335


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Ağdam rayon İcra Hakimyyətinin başçısı şəhidin qardaşını işdən çıxardı
  2. Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB
  3. MTN GENERALININ RÜŞVƏT ALDIĞI ŞƏXSLƏRİN ADLARI AÇIQLANDI - Siyahı
  4. “Azərişıq”in əməkdaşını cərəyan vurub öldürdü
  5. Prokurorluq Gəncədəki ölüm hadisəsi ilə bağlı məlumat yayıb
  6. İrəvanda Türkiyə bayrağı gəzdirənlər iranlı çıxdı?..- Ermənistan polisi...
  7. Araik Xocalı ərazisində sement zavodu acdı... YENİLƏNİB-FOTOLAR+VİDEO
  8. Sumqayıtda üçüncü dəfə evdən gedən gənc ana iki ay sonra Bakıda tapılıb
  9. Sabah Bakıda hava küləkli olacaq - Dağlıq rayonlara yağış yağacaq
  10. Sabunçunu daha kimlər TALAYIR... - İTTİHAM
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI