Turan İnformasiya Agentliyinin bağlanması ve Mehman Əliyevin həbsi olkədə soz azadliğina edilən hücumun novbəti mərhələsidir

Turan İnformasiya Agentliyinin bağlanması ve Mehman Əliyevin həbsi olkədə soz azadliğina edilən hücumun novbəti mərhələsidir

Azərbaycanda uzun illərdir KİV-in susdurulması, ələ alınması, siyasi və iqtisadi blokadanın tətbiqi prosesi davam edir. Avqustun 24-də ölkədə yeganə müstəqil, mötəbər KİV-lərdən birinin Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi də baş verənlərin tərkib hissəsidir. Əvvəlcə Agentliyin ofisində axtarış aparıldı,vergi sanksiyaları tətbiq olundu, bank hesabları donduruldu. Bundan sonar isə cənab Əliyevin qondarma ittihamla həbsi gerçəkləşdirildi.Turan İnformasiya Agentliyi ona görə mötəbər sayılır ki, 990-cı ildə təsis olunub və həmin ərəfədə ölkədə yaradılan ilk müstəqil informasiya agentliklərindən biri olub. Həmin vaxtda bu tərəfə fəaliyyət göstərir və bütün beynəlxalq təşkilatlar onun yaydığı informasiyalara daha çox inanır. Görünür hakimiyyət də ölkədə müstəqil, mötəbər informasiya mənbəyini susturmaqla məsələni kökündən həll etmək istəyir. M.Əliyev dünya çapında tanınan şəxsdir. Azərbaycan mətbuatının inkişafında xidmətləri olan şəxslərdən biridir. Onun fərqli mövqeyi, etiraz doğuran çıxışları cəmiyyətə yaxşı tanışdır. Mehman Əlyevin həm beynəlxalq təşkilatlarla yaxşı əlaqələri var, həm də hadisələrə loyal yanaşması, fərqli baxışı, obyektiv analizləri ilə hakimiyyətin yuxarı eşalonlarında təmsil olunan bir çox şəxslərin də hörmətini qazanmışdır. O, həmişə hakimiyyətin informasiya siyasətini açıq şəkildə tənqid edir, bu siyasətə qarşı çıxı, iflasa uğradığını bildirir və yeni təkliflərlə çıxış edirdi. Yuxarıda sadaladıqlarımız onun həbsinin gerçəkləşməsinə səbəbdir. Bu həbslə hakimiyyət azad sözə meydan vermək istəməməsini bird aha ortaya qoydu. Məhz ölkədə barmaqla sayıla biləcək müstəqil medianın çökdürülməsi üçün bu əməliyyatı apardılar.Hesab edirik ki, Mehman Əliyevin həbsi həm də, Agentliyin bağlanmasına hesablanmışdı. Vergi sanksiyalarının tətbiqi, bank hesablarının dondurulması,direktorun həbsi Turan İnformasiya agetliyinin müvəqqəti olaraq öz fəlaiyyətini dayandırmağa məcbur etdi. Turan İnformasiya Agentliyinin bağlanmasi ve Mehman Əliyevin həbsi olkədə soz azadliqina edilən hucumun novbəti mərhələsidir.

Həm Mehman Əliyevin həbsi, həm də Agentliyin işini dayandırması ölkə ictimaiyyətində,eləcə də beynəlxalq təşkilatlarda ciddi rezonas doğurdu. İlk dəfə idi ki, bir jurnalistin həbsinə həm müxalifətdə olan, həm müstəqi, həm də hakimiyyətə yaxın ziyalılar və digər aktiv şəxslər ciddi reaksiya verdilər.Mehman Əliyevin müdafiə komitəsi yaradıldı. Siyasi yönündən asılı olmayaraq onun müdafiəsi, azadlığa buraxılması üçün Komitəyə yazılanların sayı durmadan artır.
Eyni zamanda Beynəlxalq təşkilatlar onun azadlığa buraxılması üçün təzyiqləri artırıblar və onu dərhal azadlığa buraxılmasını hakimiyyətdən tələb edirlər. ABŞ Dövlət Departamenti M.Əliyevin dərhal azad edilməsinə çağırıb.Fransa, Norveç və Böyük Britaniya XİN-lər M.Əliyevin həbsi ilə bağlı narahatlıqlarını bildiriblər və Azərbaycan hakimiyyətini insan hüquqları sahəsində öz beynəlxalq öhdəliklərinə əməl etməyə çağırıblar.
Senator Riçard Durbin M.Əliyevin həbsində əli olan şəxslərə qarşı ABŞ tərəfindən sanksiyaların tətbiq edilməsi təşəbbüsü ilə çıxış edib.
Qeyd edə ki, bu ilin yazında məhkəmənin hökmü ilə Azərbaycan ərazisində Azadlıq Radiosu, Meydan TV və Azadlıq qəzetinin saytı olan Azadlıq.info, eləcə də Azerbaycansaati.com və Turan telekanallarının yayımı dayandırılıb. Təxminən bir il öncə isə, Türkiyədə dövlət çevrilişinə cəhddən sonra Azərbaycanın ilk müstəqil televiziya kanalı ANS TV bağlanıb. Müstəqi media olmadan hər hansı ölkənin inkişafı mümkün deyil.Çünki media 4-cü hakimiyyət olaraq, hakimiyyətin güzgüsü rolunu oynayır. Medianın susturulması isə həm ölkə daxilində gərginliyin artmasına səbəb olur, həm də beynəlxalq təşkilatların təzyiqini artırır. Onsuzda dünyada imici sarsılmış hakimiyyəti daha da çətin vəziyyətə salır. Ölkədə vəziyyəti bir az da ağırlaşdırır.
Hesab edirim ki, hakimiyyət bunları nəzərə alaraq, beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhtəliklərə əməl etməli, Mehman Əliyev və digər həbsdə olan jurnalistləri dərhal azadlığa buraxmalı, ölkədə media və insan haqları sahəsində yaranmış problemləri aradan qaldırmalıdır. Əks təqdirdə insan haqları sahəsində baş verən neqativ hallar səbəbindən ölkəyə qarşı yönəldilən sanksiyalar reallaşarsa, bu, nəinki hakimiyyətin, ölkənin və ölkə əhalisinin vəziyyətinin daha da ağırlaşmasına, ictimai-siyasi vəziyyətin daha da gərginləşməsinə səsbəb ola bilər, xoşagəlməz hadisələrin baş verməsinə gətirib çıxarar.

Elşən Eyvazov



Turan İnformasiya Agentliyinin bağlanması ve Mehman Əliyevin həbsi olkədə soz azadliğina edilən hücumun novbəti mərhələsidir

  • 5-09-2017, 17:47
  • 291


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. SƏTTAR MÖHBALIYEV SİZ KİMSİNİZ?..
  2. Deputat Nabranda sərxoş halda polisi döydü — ŞOK
  3. Göyçayda şəhid ailəsinə qarşı daha bir biganəlik-Şəhid Fərid Nadirovun atası problemləri ilə bağlı prezidentə müraciət etdi
  4. Yardımlı rabitəsində BUMERANQ EFFEKTİ - "Aztelekom" "ədalət carçısı"nı niyə işdən qovur? - VİDEO
  5. Azərbaycanda daha 615 nəfər koronavirusa yoluxub - 5 nəfər vəfat edib
  6. Ceyhun Bayramov ABŞ rəsmisi ilə sərhəddəki gərginliyi müzakirə edib
  7. Sabah hava belə olacaq
  8. Vətən müharibəsi qazisi Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib
  9. ABŞ generalı Bakıya niyə gəlib? - ŞƏRH
  10. "Silahlı Qüvvələrimizin Əfqanıstanda döyüş mövqeyi olmayacaq" - Türkiyə MN
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI