”Kontakt Home”-nin növbəti – FIRILDAĞI

”Kontakt Home”-nin növbəti – FIRILDAĞI
Kontakt Home müştərilərini aldatmaqda davam edir.

Belə ki, ”kontakt home”nin müştərisi narazılığını avanews.az ilə bölüşüb. Müştəri may ayında kontakt home’dən televizor alıb və ilkin ödəniş olaraq 36 AZN də verib.1 ay tam olmamış televizor xarab olub. ”Kontakt home”nin servisinə dəfələrlə müraciət edilib,lakin televizoru dəyişdirməyə yaxın durmayıblar və 4 ay uzadıblar. Müştəri ən sonda ”Kontakt home”nin baş ofisi ilə əlaqə saxlayıb və tərəflər arasında görüş keçirib.Bundan sonra servis televizorun düzəldilməsi üçün özündə saxlayıb,amma müştəri buna baxmayaraq ayba-ay öz kredit ödənişini edib. Bir ay heç bir xəbər almayan müştəri yenidən müraciət edib və televizor müştəriyə qaytarılıb və evdə Kontakt home mağazasının işçisi televizoru yoxlayıb,problem aradan qalxmayıb və geri aparıb. Servisdən televizorun qüsurlu ( deffekt) olduğu bildirilib.Əlacsız qalan müştəri kontakt home baş ofisinə təkrar müraciət edib.Baş ofisdən isə televizorun geri qaytarılmayacağı bildirilib və üstəlik kredit xəttinin bağlanması üçün əlavə 80 AZN ödəniş tələb olunub(müştəri ilkin ödənişlə birlikdə 220 AZN ödəyib ).

Yəni göründüyü kimi nə müştəriyə televizor geri qaytarılır, nə də ki krediti ləğv olunur,hələ üstəlik əlavə ödəniş istəyirlər.Müştərinin ayba-ay kontakta etdiyi ödənişi də nəzərə alan yoxdur. Görünür ”Kontakt home” üçün müştəri məmnuniyyəti əsas deyil.

Avanews.az qarşı tərəfi də dinləməyə hazırdır./Avanews.az /

”Kontakt Home”-nin növbəti – FIRILDAĞI

  • 19-10-2017, 10:55
  • 601


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Ağdam rayon İcra Hakimyyətinin başçısı şəhidin qardaşını işdən çıxardı
  2. "Qarabağ" - "Bazel" oyununda birinci hissə başa çatıb
  3. ABŞ və Türkiyə Ukraynanı silahlandırır – “Əgər Azərbaycanın təcrübəsi bizdə olsaydı...”
  4. Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB
  5. MTN GENERALININ RÜŞVƏT ALDIĞI ŞƏXSLƏRİN ADLARI AÇIQLANDI - Siyahı
  6. “Azərişıq”in əməkdaşını cərəyan vurub öldürdü
  7. Prokurorluq Gəncədəki ölüm hadisəsi ilə bağlı məlumat yayıb
  8. İrəvanda Türkiyə bayrağı gəzdirənlər iranlı çıxdı?..- Ermənistan polisi...
  9. Araik Xocalı ərazisində sement zavodu acdı... YENİLƏNİB-FOTOLAR+VİDEO
  10. Sumqayıtda üçüncü dəfə evdən gedən gənc ana iki ay sonra Bakıda tapılıb
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI