Ermənilərin qətlə yetirdiyi yaşyarımlıq Zəhradan bəhs edən kitab nəşr edildi — FOTO

Ermənilərin qətlə yetirdiyi yaşyarımlıq Zəhradan bəhs edən kitab nəşr edildi — FOTO
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadənin tərtibçisi olduğu “Ermənistanın Azərbaycana hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi” adlı kitab nəşr edilib.

Xeberdar.net-in məlumatına görə, kitabın məsləhətçisi Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmələri doktoru, professor Əli Həsənovdur.

Kitab 4 iyul 2017-ci ildə Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alıxanlı kəndinə məqsədli hücumu nəticəsində qətlə yetirilmiş yaşyarımlıq Zəhra Quliyeva və onun nənəsi Sahibə Allahverdiyevaya həsr edilib.

Kitabda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davam etməsi nəticəsində yaranmış ağır vəziyyəti xarakterizə edən faciəvi bir insidentə dünya və Azərbaycan ictimaiyyətinin münasibəti göstərilib.

Kitabda ancaq rəsmi materiallar əsasında hadisəyə həm Azərbaycan, həm Ermənistan rəsmi hakimiyyət orqanlarının münasibəti, beynəlxalq təşkilatların və xarici ölkə rəsmilərinin reaksiyası verilib. Xaricdəki Azərbaycan diaspor təşkilatlarının geniş etiraz aksiyaları barədə də materiallar öz əksini tapıb.
Erməni nümayəndələrinin fərqli münasibətləri də kitabın tərkib hissəsidir.

Kitabda rəsmi materiallara istinad edilərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqiçəsinin tarixi, Ermənistan silahlı qüvvələrinin münaqişə dövründə uşaqlara qarşı törətdikləri vəhşiliklər barədə də materiallar var. On bir fəsil, 288 səhifəlik kitabda 296 rəngli şəkil verilib.

Kitab 500 tirajla “Azərbaycan” nəşriyyatında çap olunub. Kitabın buraxılmasında əsas məqsədlərdən biri də bu ağır tarixi an ilə gələcək nəsilləri faktoloji formada tanış etməkdir.

Kitab politoloqlar, tarixçilər və problematika ilə maraqlananlar üçün nəzərdə tutulub.

Kitab yaxın günlərdə Fizuli rayonunun Alıxanlı kəndində Zəhra Quliyevanın valideynlərinə və kənd nümayəndələrinə təqdim ediləcək.

Kitabda AzerTac informasiya agentliyinin, Sia.az, Report.az, Azvizion. az, Publika.az, 1news.az, Modern.az, APA, Armenia.az saytlarının, CBC və ARB telekanallarının və bir sıra xarici mətbuat orqanlarının materiallarından istifadə edilib.

Kitabın üz qabığındakı kollajın müəllifi “Ölkə.Az” xəbər portalının Baş redaktoru Məmməd Gülmmədovdur.

Kitabın tərcümə edilərək xarici ölkələrdə çap edilməsi də nəzərdə tutulur.
Ermənilərin qətlə yetirdiyi yaşyarımlıq Zəhradan bəhs edən kitab nəşr edildi — FOTO

Ermənilərin qətlə yetirdiyi yaşyarımlıq Zəhradan bəhs edən kitab nəşr edildi — FOTO

  • 24-10-2017, 10:37
  • 704


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. “Delta” ştammına yoluxanların ən çox şikayət etdiyi əlamətlər
  2. Almaniya millisinin olduğu təyyarə təcili eniş edib
  3. RUSİYA SÜLHMƏRAMLILARI İLƏ ERMƏNİLƏR ARASINDA QANLI İNSİDENT - İki sülhməramlı yaralanıb
  4. Bakıda 62 yaşlı kişi arı sancmasından ölüb
  5. Qubada 19 yaşlı qadın dünyaya üçəm gətirib
  6. Nazilə Gültac: "Məqsədimiz Qarabağ zəfərini ədəbi dillə dünyaya çatdırmaqdır"
  7. Yevlaxda stadionun mühafizəçisi iş yerində ölüb
  8. Azərbaycanda oğul atanı bıçaqladı
  9. Ramiz Göyüşovdan müsahibə alan jurnalist saxlanılıb - RƏSMİ
  10. ABŞ 20 il sonra 11 sentyabr hücumlarının qurbanlarını anır
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI