İlham Əliyev Ərdoğanı təbrik etdi


İlham Əliyev Ərdoğanı təbrik etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının milli bayramı münasibəti ilə Prezident Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib.
Xeberdar.net azərtac-a istinadən təbrik məktubunu təqdim edir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu gün qardaş Türkiyə öz dövlətçilik ənənələrinə və prinsiplərinə sadiq qalaraq müstəqillik, demokratiya və iqtisadi yüksəliş yolu ilə inamla irəliləyir. Dünyada və regionda cərəyan edən proseslərdə fəal rolu və mövqeyi Türkiyəyə ən mötəbər beynəlxalq təşkilatların toplantılarını, yüksək zirvə görüşlərini keçirməyə imkan verir. Ev sahibi kimi öz müstəsna hüququndan istifadə edərək Türkiyənin Azərbaycanı bu forumlara dəvəti əsl qardaşlıq nümunəsidir.

Əminəm ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı, strateji tərəfdaşlığı və müttəfiqliyi dərin tarixi kökləri, ortaq milli-mənəvi dəyərləri ilə bir-birinə sıx bağlı olan xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Belə bir xoş gündə Sizi bir daha təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

İlham Əliyev Ərdoğanı təbrik etdi

  • 28-10-2017, 13:25
  • 510


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. DYP piyadalara xəbərdarlıq etdi
  2. “Delta” ştammına yoluxanların ən çox şikayət etdiyi əlamətlər
  3. Almaniya millisinin olduğu təyyarə təcili eniş edib
  4. RUSİYA SÜLHMƏRAMLILARI İLƏ ERMƏNİLƏR ARASINDA QANLI İNSİDENT - İki sülhməramlı yaralanıb
  5. Bakıda 62 yaşlı kişi arı sancmasından ölüb
  6. Qubada 19 yaşlı qadın dünyaya üçəm gətirib
  7. Nazilə Gültac: "Məqsədimiz Qarabağ zəfərini ədəbi dillə dünyaya çatdırmaqdır"
  8. Yevlaxda stadionun mühafizəçisi iş yerində ölüb
  9. Azərbaycanda oğul atanı bıçaqladı
  10. Ramiz Göyüşovdan müsahibə alan jurnalist saxlanılıb - RƏSMİ
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI