Azərbaycanda ŞOK əməliyyat - Uşağa süni cinsiyyət orqanı tikildi

Azərbaycanda ŞOK əməliyyat - Uşağa süni cinsiyyət orqanı tikildi
Azərbaycanda daha bir nadir patalogiyalı uşaq doğulub. Medicina.az xəbər verir ki, uşağın cinsiyyət orqanı olmayıb. Həkimlər yenidoğulmuşa apeniya diaqnozu qoyub.
APENİYA - cinsiyyət orqanının olmaması və sidik axarının düz bağırsağa açılması sindromudur. Bu, tibbi ədəbiyyatlarda belə dəqiq məlumatı olmayan patologiyadır.Həkimlər oğlan olduğu dəqiqləşdirilən 2 aylıq körpə üçün yerli toxumalarından və Gortex adlanan materialdan süni cinsiyyət orqanı düzəldib.Süni orqan uşaq cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru Toğrul Ömərov tərəfindən uşağa tikilib. Əməliyyat zamanı sidik kanalı xayaların alt hissəsinə qədər gətirilib.Toğrul həkimin dediyinə görə, süni orqan gələcəkdə uşağa heç bir narahatlıq yaratmayacaq, heç bir pozğunluq törətməyəcək, bu orqan sadəcə sidik ifrazında rol oynayacaq. Uşağı daha 3 etaplı əməliyyat gözləyir ki, bundan sonra sidik kanalı bu orqanın ucuna çəkiləcək. "Bəs bu uşaq gələcəkdə ata olmaq qabiliyyətinə malik olacaqmı" sualına cərrah "mümkündür" cavabını verib: "Xayalar normal inkişaf etdiyindən oradan sperm hüceyrələri götürülüb, süni mayalandırma ilə pasiyentin ata olmasını təmin etmək olar".

Xeberdar.net

Azərbaycanda ŞOK əməliyyat - Uşağa süni cinsiyyət orqanı tikildi

  • 2-11-2017, 21:17
  • 735


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. DYP piyadalara xəbərdarlıq etdi
  2. “Delta” ştammına yoluxanların ən çox şikayət etdiyi əlamətlər
  3. Almaniya millisinin olduğu təyyarə təcili eniş edib
  4. RUSİYA SÜLHMƏRAMLILARI İLƏ ERMƏNİLƏR ARASINDA QANLI İNSİDENT - İki sülhməramlı yaralanıb
  5. Bakıda 62 yaşlı kişi arı sancmasından ölüb
  6. Qubada 19 yaşlı qadın dünyaya üçəm gətirib
  7. Nazilə Gültac: "Məqsədimiz Qarabağ zəfərini ədəbi dillə dünyaya çatdırmaqdır"
  8. Yevlaxda stadionun mühafizəçisi iş yerində ölüb
  9. Azərbaycanda oğul atanı bıçaqladı
  10. Ramiz Göyüşovdan müsahibə alan jurnalist saxlanılıb - RƏSMİ
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI