Fərhad Əhmədovdan “Nar bayramı”, “Nar abidəsi” və yeni stadion… – FOTOLAR

Fərhad Əhmədovdan “Nar bayramı”, “Nar abidəsi” və yeni stadion… – FOTOLAR
Göyçayda nar bayramı: gözəllər təltif edildi, abidə də açıldı

Göyçayda ənənəvi “Nar bayramı” keçirilib. Ardıcıl 12-ci ildir keçirilən və artıq ənənə halını almış bu bayramda çoxsaylı yerli sakinlər, o cümlədən Bakıdan, yaxın rayonlardan və xarici ölkələrdən qonaqlar da daxil olmaqla 50 minə yaxın insan iştirak edib. Noyabrın 3-4-də davam edən bayram Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və “AzNar” QSC-nin maliyyə dəstəyi ilə baş tutub.

Böyük təntənə və coşqu ilə keçirilən bu bayramın fəxri qonaqlarının sırası da xeyli geniş idi. Onların arasında tanınmış iş adamı, keçmiş Rusiya senatoru (Federasiya Şurasının keçmiş üzvü) Fərhad Əhmədov, millət vəkilləri Sabir Hacıyev, Elman Nəsirov və Çingiz Qənizədə, ABŞ-ın Bakıdakı səfiri Robert Sekuta, keçmiş səfir Metyu Brayza, Rusiyanın Bakıdakı keçmiş səfiri Vasili İstratov, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Milli Konservatoriyanın rektoru Fərhad Bədəlbəyli, qaydasız döyüş üzrə dünya çempionu Zabit Səmədov və digərləri yer alırdı.

Builki “Nar bayramı” bəzi yeniliklərlə də yadda qalıb. Belə ki, qonaqlar ənənəvi xalq oyunları, əl işləri, nar məhsulları sərgisi ilə tanış olandan sonra bu il ilk dəfə keçirilən “Nar gözəllik müsabiqəsi”nə də tamaşa etmək imkanı qazanıblar. Tanınmış modelyer Gülnarə Xəlilovanın hazırladığı geyimlərdə olan 30-dan çox model-nar gözəli səhnəyə çıxıb. Tamaşaçıların böyük maraqla izlədiyi gözəllik müsabiqəsində münsiflər səsvermə yolu ilə üç “Nar gözəli”ni seçiblər. Onlara “AzNar” şirkəti tərəfindən təyin edilmiş mükafatlar verilib. Birinci yeri tutmuş gözələ 5000, ikinci yerin sahibinə 3000, üçüncü yerə layiq görülən iştirakçıya isə 1000 manat mükafat təqdim olunub. Müsabiqədə 1-ci yeri tutmuş “Nar gözəli”nə mükafatı iş adamı Fərhad Əhmədov özü, digərlərinə isə dünya çempionu Zabit Səmədov və teleaparıcı Hacı Nuran təqdim ediblər.

Bayrama toplaşanlar qarşısında çıxışı zamanı Fərhad Əhmədov Azərbaycan xalqını bu milli bayram münasibətilə təbrik edib. Bildirib ki, “Nar bayramı”nın min illər bundan sonra da davam edəcəyinə inanır.

Daha sonra Göyçay şəhərinin mərkəzində rayonun simvolu kimi qoyulmuş “Nar abidəsi”nin açılışı olub. Bu abidə Fərhad Əhmədovun təşəbbüsü və maddi dəstəyi ilə ərsəyə gəlib. Tuncdan hazırlanmış abidə bayram iştirakçılarının böyük marağına səbəb olub. Həmin abidə Göyçay şəhərinə də xüsusi yaraşıq verir.

Bayramın birinci gününün axşamı Göyçay şəhərində tanınmış incəsənət xadimlərinin iştirakı ilə konsert təşkil edilib, atəşfəşanlıq keçirilb. Qeyd edək ki, ötən illərdən fərqli olaraq bu il bayram iki gün davam edib.

Bayramın ikinci günü “AzNar” QSC-nin vəsaiti hesabına əsaslı təmir edilmiş Göyçay şəhər stadionunun açılışı olub. Bu stadion yüksək standartlara uyğun təmir edilib. Açılış mərasiminin ardınca stadionda Göyçayın “Aznar” futbol komandası ilə Bakının “Neftçi” komandası arasında yoldaşlıq oyunu da keçirilib. Gərgin keçən oyunda “Aznar” komandası 4:2 hesabı ilə qələbə qazanıb. Qalib komandaya “Nar kuboku” və 10 min manat pul mükafatı verilib. Mükafatı Fərhad Əhmədov təqdim edib.

Xatırladaq ki, Göyçayda “Nar bayramı”nın keçirilməsi ənənəsinin əsasını F.Əhmədov qoyub. İş adamı hər il bayramın keçirilməsinə sponsorluq edir, o cümlədən rayonda idmanın, infrastrukturun, təhsilin inkişafına dəstək verir. /musavat.com

  • 6-11-2017, 16:26
  • 705

Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. BDU-da baş verən qanlı insidentlə bağlı SENSASİON TƏFƏRRÜATLAR
  2. Elmar Vəliyevin oğlu başqasının torpağını zəbt edib: - Özünə idman meydançası tikib
  3. Gəncədə küçələri su basdı, elektrik kəsildi - VİDEO
  4. Tovuzun icra başçısı HƏDDİNİ AŞIR... - İTTİHAM
  5. Bərdədə ər arvadını əlləri ilə boğub öldürüb
  6. SƏTTAR MÖHBALIYEV SİZ KİMSİNİZ?..
  7. Mətanət Əsədovanın həbs xəbəri yayıldı: “Qadınları evində iş adamlarına…”
  8. Prokuror DTX-ın saxladığı sabiq nazir müavininə 10 il həbs cəzası istəyib
  9. Qobustanda toylarda yoxlamalar aparıldı: Sahibkar külli miqdarda cərimələndi
  10. "Ağrımırdım, yalandan MƏNƏ ƏMƏLİYYAT DEDİLƏR, həyatım alt-üst olub" - "EGE HOSPİTAL" dan şikayət
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI