Nazirliyin keçirdiyi tenderdə qanunsuzluq – Şirkət rəhbəri prezidentə müraciət etdi

Nazirliyin keçirdiyi tenderdə qanunsuzluq – Şirkət rəhbəri prezidentə müraciət etdi
Azərbaycan İT şirkət rəhbəri Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən keçirilən “Tədris Prosesinin Avtomatlaşdırma İşləri” üzrə satınalma tenderində ölkəmizin qanunvericiliyi ciddi şəkildə pozulduğunu iddia edir.

Xeberler.az-ın məlumatına görə, Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov bildirib ki, artıq neçə dəfədir dövlət qurumları tərəfindən keçirilən tenderlərdə qanun pozuntuları ilə üzləşir.

O, məsələ ilə bağlı İlham Əliyevə və aidiyyatı qurumlara rəsmi müraciət edib.

Müraciətdə bildirilir ki, Gənclər və İdman Nazirliyinin Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən keçirilən tenderdə şirkət tenderin qiymətləndirilməsində ən yüksək bal toplayaraq qalib gəldiyi halda, şirkətin tenderdə qalib gəlmədiyi rəsmən satınalan təşkilat tərəfindən təsdiq edilib.

Şirkət rəhbəri prezidentdən yuxarıda iddia edilən qanun pozuntularının və korrupsiya hallarının araşdırılması və şirkətin hüquqlarının təmin edilməsini xahiş edib.

Bundan öncə də İsmayıl Ələkbərov Mədəniyyət və Turizm Nazirliyi tərəfindən elan olunan tenderdə iştiraklarına qanunsuz olaraq maneçiliklər olduğu barədə prezidentə müraciət ünvanlamışdı.

Şirkət rəhbərinin bu müraciətindən sonra Mədəniyyət və Turizm Nazirliyinin elan etdiyi tender ləğv edildi.

Nazirliyin keçirdiyi tenderdə qanunsuzluq – Şirkət rəhbəri prezidentə müraciət etdi

  • 20-11-2017, 17:19
  • 509


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Azərsu"nun sədri işdən çıxarıldı - SƏRƏNCAM
  2. Daha iki şəhidimizin övladı dünyaya gəlib - FOTO
  3. Bakıda məhkəmə fırıldağı: sahibkar Ədliyyə Nazirliyinin girovuna çevrilib - Hüquq müdafiəçilərindən Prezidentə ŞOK MÜRACİƏT
  4. Alimpaşa Məmmədov maral ətini kimlərə satırmış? - TƏFƏRRÜAT
  5. Prezidentin köməkçisi və DSX rəisi Ermənistanla sərhəddə getdi - FOTO
  6. Hərbi Prokurorluq məlumat yayıb
  7. Sabahın hava proqnozu açıqlandı
  8. 15 yaşlı qızı zorlayan şəxs həbs edilib
  9. “Ermənistanla sərhədlərin demarkasiyası və delimitasiyası yekunlaşır” - Təhlükəsizlik Şurasının katibi
  10. Fransa Əlcəzairdə keçirdiyi dəhşətli nüvə sınaqlarının cəzasını çəkməyə başladı...
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI