Prezident və ailəsi Heydər Əliyevin məzarını ziyarət etdi

Prezident və ailəsi Heydər Əliyevin məzarını ziyarət etdi
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 14 il keçir.

Dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri Fəxri xiyabana gələrəkHeydər Əliyevin məzarını ziyarət ediblər.

Milli Məclisin deputatları, nazirlər, komitələrin, şirkətlərin və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri də Fəxri xiyabana gəlmişdilər.

Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoydu.

Azərbaycanın dövlət himni səsləndi.

Dövlət başçısı İlham Əliyev və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoydular.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi, məzarları üstünə gül dəstələri düzüldü.

Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Baş nazir Artur Rasi-zadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.

Prezident və ailəsi Heydər Əliyevin məzarını ziyarət etdi

  • 12-12-2017, 11:06
  • 440


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Ağdam rayon İcra Hakimyyətinin başçısı şəhidin qardaşını işdən çıxardı
  2. Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB
  3. MTN GENERALININ RÜŞVƏT ALDIĞI ŞƏXSLƏRİN ADLARI AÇIQLANDI - Siyahı
  4. Prokurorluq Gəncədəki ölüm hadisəsi ilə bağlı məlumat yayıb
  5. “Azərişıq”in əməkdaşını cərəyan vurub öldürdü
  6. İrəvanda Türkiyə bayrağı gəzdirənlər iranlı çıxdı?..- Ermənistan polisi...
  7. Araik Xocalı ərazisində sement zavodu acdı... YENİLƏNİB-FOTOLAR+VİDEO
  8. Sumqayıtda üçüncü dəfə evdən gedən gənc ana iki ay sonra Bakıda tapılıb
  9. Sabah Bakıda hava küləkli olacaq - Dağlıq rayonlara yağış yağacaq
  10. Sabunçunu daha kimlər TALAYIR... - İTTİHAM
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI