MDB ölkələri üçün terror təhlükəsi

MDB ölkələri üçün terror təhlükəsi“Beynəlxalq terrorçular Suriya və İraqda məğlub olandan sonra yenidən qruplaşaraq Yaxın Şərqin hüdudlarından kənara çıxırlar”.

Bunu Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov MDB təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının iclasında bildirib.

Onun sözlərinə görə, terrorçuların əsas mərkəzi Əfqanıstandır: “Bu ölkədə İŞİD-in mövqeləri mövcuddur. Artıq oradan terrorçuların MDB ölkələrinin ərazisinə keçmək imkanı var”.

Bortnikov bildirib ki, MDB ölkələrinin təhlükəsizlik orqanları Suriyada terrorçular tərəfindən döyüşmək üçün müəyyən şəxsləri göndərən 11 kanalı bağlayıb.

O, əlavə edib ki, xüsusi xidmət orqanları təşkilata daxil olan dövlətlərin diplomatik nümayəndəliklərinə hücumun qarşısını alıb.

Virtualaz.org xatırladır ki, bu gün Moskvada Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanlarının Rəhbərləri Şurasının 43-cü iclası başlayıb.

İki gün davam edəcək iclasda iştirakçılar 15 məsələyə, o cümlədən beynəlxalq terrorizm və ekstremizmə qarşı mübarizədə əməkdaşlığın müxtəlif aspektlərinə baxacaq, "Sipər-2017" xüsusi taktiki təlimlərin yekununu vuracaq, yeni birgə antiterror əməliyyatlarının keçirilməsi barədə razılığa gələcəklər.

Bundan əlavə, görüşdə MDB Antiterror Mərkəzinin 2018-ci il üçün planlaşdırılan fəaliyyəti, təhlükəsizlik və xüsusi xidmət orqanlarının Rəhbərləri Şurasının işinin səmərəliliyinin artırılması və növbəti il üçün iş planı müzakirə ediləcək.

Qeyd edək ki, bu Şura 1997-ci ildə yaradılıb. Onun əsas vəzifəsi beynəlxalq xarakterli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində və xüsusi xidmət orqanlarının fəaliyyətinin razılaşdırılmış digər sferalarında səmərəli əməkdaşlığı təmin etməkdir.

Xeberdar.net

MDB ölkələri üçün terror təhlükəsi

  • 19-12-2017, 14:51
  • 461


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. BDU-da baş verən qanlı insidentlə bağlı SENSASİON TƏFƏRRÜATLAR
  2. Elmar Vəliyevin oğlu başqasının torpağını zəbt edib: - Özünə idman meydançası tikib
  3. Gəncədə küçələri su basdı, elektrik kəsildi - VİDEO
  4. Tovuzun icra başçısı HƏDDİNİ AŞIR... - İTTİHAM
  5. Bərdədə ər arvadını əlləri ilə boğub öldürüb
  6. SƏTTAR MÖHBALIYEV SİZ KİMSİNİZ?..
  7. Mətanət Əsədovanın həbs xəbəri yayıldı: “Qadınları evində iş adamlarına…”
  8. Prokuror DTX-ın saxladığı sabiq nazir müavininə 10 il həbs cəzası istəyib
  9. Qobustanda toylarda yoxlamalar aparıldı: Sahibkar külli miqdarda cərimələndi
  10. "Ağrımırdım, yalandan MƏNƏ ƏMƏLİYYAT DEDİLƏR, həyatım alt-üst olub" - "EGE HOSPİTAL" dan şikayət
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI