Nazirliyin 3 əməkdaşı öldürüldü

621 4-01-2018, 10:00 dunya / gundem

Nazirliyin 3 əməkdaşı öldürüldü
İranın Piranşəhr sərhəd bölgəsində Təhlükəsizlik Nazirliyinin 3 əməkdaşı həlak olub. Bu barədə İran İslam Respublikasının Keşikçilər Korpusundan (SEPAH) bildiriblər.

Məlumata əsasən, yanvarın 3-də Piranşəhr sərhəd bölgəsində İran təhlükəsizlik qüvvələri ilə bir qrup silahlı arasında atışma baş verib.

Atışma nəticəsində Təhlükəsizlik Nazirliyinin 3 əməkdaşı həyatını itirib.

Xeberdar.net Publika.az

XƏBƏR LENTİ