Prezidentliyə namizədliyi qeydə alınan Jirinovski hesabat verdi:"2 torpaq sahəsi, 8 ev, 2 qaraj, 1 hovuz, 1 təsərrüfat tikilisi var"

790 4-01-2018, 16:09 dunya / gundem

Prezidentliyə namizədliyi qeydə alınan Jirinovski hesabat verdi:"2 torpaq sahəsi, 8 ev, 2 qaraj, 1 hovuz, 1 təsərrüfat tikilisi var"
Rusiyada martın 18-də keçiriləcək prezident seçkisinin hələlik bir rəsmi namizədi var. Mərkəzi Seçki Komissiyası Dövlət Dumasının sədr müavini, Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskini qeydə alıb.

Müstəqil iddiaçıların sənədləri Mərkəzi Seçki Komissiyasına yanvarın 7-dən gec olmayaraq, partiyalı iddiaçıların sənədləri yanvarın 12-dən gec olmayaraq təqdim edilməlidir.

Qeydiyyat üçün müstəqil namizəd 300 min imza, partiyalı namizəd 100 min imza toplamalıdır.

Parlament partiyasının namizədi imza yığmaqdan azaddır. Liberal Demokrat Partiyası parlamentdə təmsil olunduğu üçün onun namizədi Vladimir Jirinovski imzasız qeydə alınıb.

Novator.az bildirir ki, Vladimir Jirinovski Mərkəzi Seçki Komissiyasına təqdim etdiyi arayışda son 6 ildə 98 milyon 291 min rubl gəlir əldə etdiyini açıqlayıb.

Namizədin hesabatına görə, onun 2 torpaq sahəsi, 8 evi, 2 qarajı, 1 hovuzu, 1 təsərrüfat tikilisi var.

Vladimir Jirinovski 2014-cü ildə istehsal edilmiş “LADA 212140” markalı avtomobilinin də olduğunu bəyan edib.

Namizədin 19 bank hesabında ümumilikdə 29 milyon 896,1 rubl olduğu bildirilir.

Vladimir Jirinovski bəzi aksiyalara və digər qiymətli kağızlara da sahibdir.

Marafona qatılan namizədlərin sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim etmək müddəti yanvarın 31-dək çəkir. Mərkəzi Seçki Komissiyası qeydiyyat məsələlərini fevralın 10-dək bitirməlidir.

Seçki təşviqatı 2018-ci il fevralın 17-dən martın 16-dək davam edir.

Rusiyada prezident 6 il müddətinə seçilir.

XƏBƏR LENTİ