Rusiyada dörd nəfər yanğında ölüb

664 9-01-2018, 11:27 dunya / gundem

Rusiyada dörd nəfər yanğında ölübMoskvaətrafı Sergiev Posad şəhərində beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, yanğın gecə saatlarında baş verib.

Hadisə nəticəsində ikisi uşaq olmaqla dörd nəfər ölüb.

Hadisənin detalları araşdırılır.

Xeberdar.net

XƏBƏR LENTİ