Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə dəvət edilib

725 9-01-2018, 15:35 dunya / gundem

Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə dəvət edilibBolqarıstan Prezidenti Rumen Radev yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

“Report”un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Rumen Radev dövlət başçısını Yeni il münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Bolqarıstan Prezidenti eyni zamanda bu yaxınlarda Bakıdan Sofiyaya birbaşa hava xəttinin açılması ilə bağlı Prezident İlham Əliyevə minnətdarlığını bildirərək bunun iki ölkə arasında əlaqələrin möhkəmlənməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev, öz növbəsində, Bolqarıstan Prezidenti Rumen Radevə Yeni il münasibətilə təbriklərini çatdırıb. Dövlət başçısı yeni açılmış Bakı-Sofiya hava xəttinin Azərbaycan-Bolqarıstan əməkdaşlığının daha da genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.

Bolqarıstan Prezidenti “Cənub Qaz Dəhlizi” layihəsinə toxunaraq bunun Avropanın qaz təchizatının şaxələndirilməsi baxımından əhəmiyyətini və bu layihədə Azərbaycanın həlledici rolunu xüsusi vurğulayıb, Azərbaycanın Bolqarıstanın qazlaşdırılması işində iştirakında ölkəsinin maraqlı olduğunu qeyd edib.

Prezident İlham Əliyev bildirib ki, Cənub Qaz Dəhlizinin icrası uğurla davam etdirilir, bu il TANAP layihəsinin başa çatması gözlənilir və yaxın gələcəkdə Azərbaycan qazı Bolqarıstan ərazisinə çatdırılacaqdır.

Söhbət zamanı Prezident Rumen Radev Azərbaycan Prezidentini Bolqarıstana rəsmi səfərə dəvət edib.

Prezident İlham Əliyev dəvəti minnətdarlıqla qəbul edib.

Xeberdar.net

XƏBƏR LENTİ