Xəstə olduğu deyilən Sarkisyan gizli şəkildə Moskvaya niyə gedib? - SİRLİ SƏFƏRİN DETALLARI

Xəstə olduğu deyilən Sarkisyan gizli şəkildə Moskvaya niyə gedib? - SİRLİ SƏFƏRİN DETALLARIErmənistanda prezident Serj Sarkisyan və baş nazir Karen Karapetyanın bir neçə günlük yoxa çıxması şübhəli suallar yaradıb.

Karapetyan 2018-ci ilin ilk iş günündə məzuniyyət götürüb.Sarkisyan isə milad bayramı münasibətlərilə keçirilən kilsə mərasimlərinə qatılmayıb.

Ermənistan mediası Sarkisyanın xəstələndiyi və xəstəxanaya yerləşdirildiyi haqda məlumat yayıb. Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan isə Sarkisyanın sadəcə soyuqladığını, lakin xəstəxanaya yerləşdirilmədiyini açıqlayıb.

Daha sonra ortaya çıxan informasiya isə diqqəti fərqli məcraya yönəltdi. Məlumatlara görə, Sarkisyan 1-2 yanvar tarixərində Avropa ölkələrindən birində olub. Yanvarın 3-də isə o, gizli şəkildə Moskvaya səfər edib.Sarkisyanın bu səfərlərinin arxasında nələrin gizləndiyi maraqlıdır.

“Lragir” saytı yazır ki, Ermənistan prezidentinin Avropa-Moskva marşrutu üzrə səfərə çıxması təsadüfi ola bilməz.

“Hər iki geosiyasi mərkəz Ermənistanda hakimiyyətin sonrakı formalaşmasında rola malikdir. Ölkədə parlament idarəetmə üsuluna keçid başlanır. Baş nazir olmaq istəyən Sarkisyanın qarşısında maneələr mövcuddur. Hakim Respublika Partiyasında onu dəstəkləyənlər olduğu kimi, getməyini tələb edənlər də var. Oliqarxiya dairələrində qeyri-müəyyənlik hökm sürür. Bu proseslər fonunda Sarkisyanın Avropa və Rusiyaya getməsi gələcək planlara hesablanmış addımdır. Karapetyana gəlincə, onun da xaricə getdiyi rəsmi şəkildə təsdiqlənir. Lakin hansı ölkələrə getdiyi deyilmir. Mümkündür ki, Karapetyan da Sarkisyanın marşrutu üzrə hərəkət edərək, xal toplamağa çalışır”, - deyə məqalədə qeyd olunur.

Sayt İrəvan kulislərində qızğın mübarizənin başladığını və bu mübarizəyə təkcə ölkə daxilindəki qüvvələrin yox, Rusiya və Avropanın da qoşula biləcəyini yazır.(Publika.az)

Xəstə olduğu deyilən Sarkisyan gizli şəkildə Moskvaya niyə gedib? - SİRLİ SƏFƏRİN DETALLARI

  • 10-01-2018, 14:16
  • 372


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Xəstənin 10 000-nini alıb kor etdilər - "Yeni Gəncə" klinikasından ŞİKAYƏT
  2. Avtomobil yollarındakı vəziyyətlə bağlı sürücülərə XƏBƏRDARLIQ
  3. Bağçada azyaşlını döyən tərbiyəçinin işi ilə bağlı yeni açıqlama
  4. Qarın piylərini yox etməyin üsulu açıqlandı
  5. Erməni hüquqşünas: "Hələ də morqlarda naməlum cəsədlər var”
  6. "“QARA BAZAR"a "KRIŞALIQ" EDƏN MƏMURLAR VAR” - Millət vəkilindən dollarla bağlı açıqlama
  7. Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün şərtləri açıqlayıb
  8. DİN Katibliyinin rəisi vəzifəsinə yeni təyinat olub
  9. BŞİH Aparat Rəhbərinin 2 Milyonluq Mənzili – Qazancın Görünməyən Tərəfləri…
  10. Bir neçə qurum bilikdə 65 toyun monitorinqini həyata keçirib- 4 nəfər cərimələnib
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI