İranda narkotik cinayətlərinə görə ölümə məhkum edilənlərin işinə yenidən baxılacaq

620 10-01-2018, 16:42 dunya / gundem

İranda narkotik cinayətlərinə görə ölümə məhkum edilənlərin işinə yenidən baxılacaqİranın məhkəmə sisteminin sədri ayətullah Sadiq Amoli Laricani “Narkotik vasitələrlə mübarizə" qanununa bir maddəlik əlavənin icrasına göstəriş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, göstərişə əsasən ölkə üzrə cinayət cəzaları üzrə hakimlər edama məhkum olunmuş şəxslərin barəsində çıxarılan qərarları dayandırmalı və onların işlərinə yenidən baxmalıdır.

Təlimatın icrası üzrə məsuliyyət prokurorlar və baş ədliyyə idarələrinə tapşırılıb. Ölkənin baş prokuroru bu təlimatın icrasına nəzarət edəcək və 3 aydan sonra bir maddəlik əlavənin icrasına dair öz hesabatını məhkəmə sisteminin sədrinə təqdim edəcək.

Hazırda İran həbsxanalarında saxlanılan məhkumların 42 faizi narkotik vasitələrini istifadəsi və alveri ilə bağlı cinayətlərə görə tutulanlardır. Hazırda məhbuslardan 5300 nəfəri barələrində çıxarılmış edam hökmünün icrasını gözləyir.

Xeberdar.net

XƏBƏR LENTİ