İran XİN: ABŞ-ın yeni sanksiyalarına adekvat cavab verəcəyik

718 13-01-2018, 15:53 dunya / gundem

İran XİN: ABŞ-ın yeni sanksiyalarına adekvat cavab verəcəyikIran ABŞ-ın düşmənçilik hərəkətlərinə qarşı tədbirlər görəcəyini və müvafiq şəkildə cavab verəcəyini bəyan edib.

Xeberdar.net-in "RIA Novosti"yə istinadən məlumatına görə, bu barədə şənbə günü İran XİN-nin saytında yerləşdirilən bəyanatda bildirilir.

Bəyanatda deyilir ki, Laricaninin (İran Məhkəmə Sisteminin rəhbəri, ayətullah Sadiq Amoli Laricani nəzərdə tutulur-red) sanksiyalar siyahısına daxil edilməsinə görə ABŞ-nın qanunsuz hərəkətləri beynəlxalq hüququn pozulmasıdır və şübhəsiz ki, İran buna ciddi reaksiya verəcək.

Bundan başqa, bəyanatda vurğulanır ki, mövcud sanksiyalar siyahısına bir neçə iranlının əlavə edilməsi haqqında ABŞ-ın qərarı böyük İran xalqına qarşı davam edən düşmənçiliyin sübutudur.

Xatırladaq ki, bundan əvvəl ABŞ İranın Məhkəmə Sisteminin rəhbəri ayətullah Sadiq Amoli Laricanini sanksiyalar siyahısına daxil edib.

Xeberdar.net


XƏBƏR LENTİ