Buryatiyada kafedə 46 nəfər zəhərlənib

719 13-01-2018, 18:31 dunya / gundem

Buryatiyada kafedə 46 nəfər zəhərlənibBuryatiya paytaxtı Ulan-Udedə 46 nəfər kafedə yedikdən sonra zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Trend-in məlumatına görə, xəstəxanaya müraciət edənlərin kafedə sanitar qaydaların pozulması səbəbindən salmonell ibakteriyasından zəhərləndikləri bildirilib.

İlkin olaraq mədə ağrıları ilə xəstəxanaya 36 nəfər müraciət edib. Hazırda isə xəstəxanada 8-i yeniyetmə olmaqla 46 nəfərin zəhərlənmə diaqnozu ilə müalicə aldığı bildirilib.

Xəstəxanaya yerləşdirilənlərin səhhəti hazırda orta ağırlıqlı qiymətləndirilir.

Kafenin fəaliyyəti dayandırlıb. Polis araşdırmalara başlayıb.

Xeberdar.net

XƏBƏR LENTİ