Albaniyada törədilən partlayış nəticəsində 8 nəfər yaralanıb

666 14-01-2018, 14:22 dunya / gundem

Albaniyada törədilən partlayış nəticəsində 8 nəfər yaralanıbAlbaniyanın Şkodet şəhərində törədilən partlayış nəticəsində 8 nəfər yaralanıb, onlardan 3 nəfərin vəziyyəti ağırdır, xəsarət alanlar arasında Monteneqro dövlət televiziyasının əməkdaşı da var.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, motosikletə bərkidilmiş partlayıcı qurğu şəhərin mərkəzində Serbiya-Monteneqro milli azlıqların ofisi qarşısında işə salınıb. Albaniya polisinin versiyasına görə, hücumun hədəfi yerli sahibkar Lülzim Kula olub.

Hadisə araşdırılır.

Xeberdar.net

XƏBƏR LENTİ