Sumqayıtda hazırlıqdan qayıdan məktəbli qızı maşın vurub

757 14-01-2018, 22:15 cemiyyet / gundem

Sumqayıtda hazırlıqdan qayıdan məktəbli qızı maşın vurubSumqayıt şəhərində məktəbli qızı maşın vurub.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayonu ərazisində baş verib.

Sumqayıt şəhər sakini, 2001-ci il təvəllüdlü Əhmədzadə Aynur İntiqam qızı hazırlıqdan evə qayıdarkən naməlum avtomobil tərəfindən vurulub. Sumqayıt şəhər 18 nömrəli məktəbin 11-ci sinif sagirdi olan qız qəza zamanı ağır kəllə-beyin travması alıb.

Yaralı qız Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının zədə məntəqəsinə çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Xeberdar.net

XƏBƏR LENTİ