Bərdədə ev yanıb, 6 yaşlı qız yanaraq ölüb, bir nəfər xəsarət alıb

785 15-01-2018, 11:28 hadise / gundem

Bərdədə ev yanıb, 6 yaşlı qız yanaraq ölüb, bir nəfər xəsarət alıbBərdə rayonunun Güloglular kəndində ümumi sahəsi 44 m2 olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 22 m2 sahədə yanıb.

FHN-dən APA-ya verilən məlumata görə, yanğın kəşfiyyatı zamanı 2012-ci il təvəllüdlü Novruzova Ruqiyyə Samir qızının yanmış cəsədi aşkar olunub.

Yanğın zamanı bir nəfər müxtəlif yanıq xəsarətləri ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti tərəfindən Bərdə Şəhər Mərkəzi Xəstəxanasına aparılıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Xeberdar.net

XƏBƏR LENTİ