XİN başçısı: "Rusiya Azərbaycanla strateji tərəfdaşlıqdan razıdır"

680 15-01-2018, 13:58 dunya / gundem

XİN başçısı: "Rusiya Azərbaycanla strateji tərəfdaşlıqdan razıdır""Rusiya Azərbaycan ilə ikitərəfli münasibətlərin səviyyəsindən razıdır".

Xeberdar.net məlumat verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.

"Azərbaycan ilə strateji tərəfdaşlığımızdan çox razıyıq", - diplomat bildirib.

Onun sözlərinə görə, iki ölkə arasındakı əlaqələr prezidentlər və nazirlər arasında olan sıx dialoqa əsaslanır.

Rusiya XİN başçısı həmçinin qeyd edib ki, tərəflər müntəzəm tədbirlər, o cümlədən humanitar xarakterli tədbirlər keçirir, qarşılıqlı ticarət dövriyyəsi artır, iqtisadi əməkdaşlıq planını müəyyənləşdirən hökumətlərarası komissiya fəaliyyət göstərir.

Xeberdar.net

XƏBƏR LENTİ