Bolqarıstanın baş naziri Bakıya gəlib

671 15-01-2018, 19:01 dunya / gundem

Bolqarıstanın baş naziri Bakıya gəlibBolqarıstan Respublikasının baş naziri Boyko Borisov yanvarın 15-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

AzərTAc xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Bolqarıstanın baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş nazir Boyko Borisovu hava limanında Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov və digər rəsmi şəxslər qarşılayıblar.

Xeberdar.net

XƏBƏR LENTİ