Xalq artisti xəstəxanaya yerləşdirildi

1 027 16-01-2018, 15:59 gundem

Xalq artisti xəstəxanaya yerləşdirildi
Xalq artisti Böyükxanım Əliyeva xəstəxanaya yerləşdirilib. Bu sözləri açıqlamasında xalq artisti Böyükxanım Əliyevanın kürəkəni, tanınmış aktyor Qurban Məsimov deyib. Onun sözlərinə görə, aktrisa bu gün səhər saatlarında ağciyər və ürək çatışmazlığı diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzinə çatdırılıb: "Hazırda reanimasiya şöbəsindədir və həkim nəzarəti altındadır. Vəziyyəti hələ ki ağırdır. Yüngülləşsə, palataya köçürüləcək".

Qeyd edək ki, Böyükxanım Həsənbala qızı Əliyeva 1945-ci ildə Xaçmazda doğulub. Mədəniyyət və İncəsənət Universitetini bitirib. 1973-cü ildən Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktrisasıdır. Teleqraf.com

XƏBƏR LENTİ