Beynəlxalq Enerji Agentliyi: ABŞ-da neft istehsalı böyük həcmdə artacaq

754 19-01-2018, 19:17 dunya / gundem

Beynəlxalq Enerji Agentliyi: ABŞ-da neft istehsalı böyük həcmdə artacaqBu il ABŞ-da neft istehsalı böyük həcmdə artacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.

Bildirilir ki, ABŞ-da neft hasilatı “qara qızıl”ın qiymətinin bahalaşmasının təsiri ilə maksimum həcmdə artım göstərəcək. ABŞ-da istehsal artımı Venesuela hasilatın azalmasını kompensasiya edə biləcək.

“Goldman Sachs” və OPEC-in analitikləri də cari ildə ABŞ-da neft istehsalının son üç ilin ən yüksək səviyyəsinə çatdığını bildiriblər.

ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, ötən hesabat həftəsində ölkədə xam neft hasilatı əvvəlki həftəyə nisbətdə gündəlik orta hesabla 258 min barrel artaraq 9,75 milyon barrelə yüksəlib.

Xeberdar.net

XƏBƏR LENTİ