Türkiyədən ev alan azərbaycanlıların sayı artdı

694 19-01-2018, 19:18 dunya / gundem

Türkiyədən ev alan azərbaycanlıların sayı artdı2017-ci ildə Türkiyədə daşınmaz əmlakın satışı 51 faiz artıb. Nəticədə ölkə üzrə 1 409 314 daşınmaz əmlak satışı reallaşdırılıb.

Oxu.Az Türkiyə Statistika Komitəsinə istinadən xəbər verir ki, təkcə xarici vətəndaşlara 2017-ci ildə 2016-cı illə müqayisədə daşınmaz əmlakın satışı 22,2 faiz artıb.

Dekabr ayında xaricilər 2 164 daşınmaz əmlak alıblar.

İraq vətəndaşları Türkiyədən daşınmaz əmlak alanların arasında birinci sıradadırlar. Belə ki, İraq vətəndaşları Türkiyədən 3 805 daşınmaz əmlak satın alıblar. Səudiyyə Ərəbistanı vətəndaşları 3 345, Küveyt vətəndaşları 1 691, Rusiya vətəndaşları 1 331, Əfqanıstan vətəndaşları 1 078 daşınmaz əmlak sahibi olublar.

Azərbaycan vətəndaşları isə yenə də qonşu ölkədən daha çox mənzil alanların onluğuna daxil olub. Həmyerlilərimiz ötən il Türkiyədən 942 ev alıblar. 2016-cı ilin yanvar-dekabr aylarında bu rəqəm 610 ədəd təşkil edib. Təkcə 2017-ci ilin dekabrında həmyerlilərimiz Türkiyədən 91 mənzil alıblar.

Xeberdar.net

XƏBƏR LENTİ