Ayaz Mütəllibovun keçmiş mətbuat katibinə hökm oxundu

771 19-01-2018, 19:22 cemiyyet / gundem

Ayaz Mütəllibovun keçmiş mətbuat katibinə hökm oxunduBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş prezident Ayaz Mütəllibovun mətbuat katibi işləmiş, dələduzluqda təqsirləndirilən Teylor İbrahimova hökm oxunub.

Hakim Eldar Mikayılovun icraatında olan prosesdə T.İbrahimov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, T.İbrahimov (Fətişoğlu) sabiq prezident Ayaz Mütəllibovun mətbuat katibi olub və bir neçə il Moskvada mühacirətdə yaşayıb. Teylor Fətişoğlu külli miqdarda pul aldığı şəxsləri vəzifəyə düzəldəcəyini vəd edirmiş. O, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (dələduzkuq, külli miqdarda törədildikdə) ilə ittiham edilir. Zərərçəkənlərdən biri, İsmayıl Məmmədov icra nümayəndəsinin müavini təyin olunması müqabilində T.İbrahimova 5 min manat verib. Lakin verilən vəd yerinə yetirilməyib. Daha sonra başçı R.Məmmədov ona müavin yox, birbaşa nümayəndə olacağı vədini verib.(Qafqazinfo)

XƏBƏR LENTİ