"Bakı Metropoliteni" QSC: "Hazırda həmin qatarı xətdən çıxartmağa çalışırıq"

908 19-01-2018, 19:33 cemiyyet / gundem

"Bakı Metropoliteni" QSC: "Hazırda həmin qatarı xətdən çıxartmağa çalışırıq"""Həzi Aslanov" - "Dərnəgül" istiqamətində 35 saylı marşrut üzrə hərəkət edən qatarın qapılarında nasazlıq yaranıb".

Bu barədə “APA-Economics”ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.

N.Paşayev qatarda baş verən nasazlığa görə sərnişinlərin "28 May" metrostansiyasında boşaldıldığını qeyd edib.

"Saat 18:45-də "Nizami" stansiyasından qatarı geri depoya göndərdik. Təəssüf ki, qatar indi də "28 May" - "Gənclik" stansiyaları arasında qalıb. Hazırda başqa qatarın köməkliyi ilə onu xətdən çıxartmağa çalışırıq", - deyə qurum rəsmisi əlavə edib.

Xeberdar.net

XƏBƏR LENTİ