Suriyada kürd terrorçuları dörd türk hərbçini öldürdü

717 20-01-2018, 15:44 dunya / gundem

Suriyada kürd terrorçuları dörd türk hərbçini öldürdüSuriya-Türkiyə sərhədi yaxınlığında şiddətli döyüşlər başlayıb.

Bu barədə “Əl-Mayadin” telekanalı məlumat yayıb.

Bildirilir ki, kürd terrorçuları ilə Türkiyə hərbçiləri arasında şiddətli atışma olub. Silahlı insident zamanı 4 türk əsgəri şəhid olub. Qarşı tərəfin itkiləri barədə məlumat verilməyib.

Hadisə Türkiyə hərbçilərinin bölgəyə daxil olmaq istədikləri vaxt baş verib. Suriyanın Afrin bölgəsində yaranmış gərginlik zamanı hələlik üçüncü dövlətin hərbçiləri müdaxilə etməyiblər. Lakin əraziyə Suriya qoşunlarının da gətirildiyi barədə məlumatlar daxil olub.(virtualaz.org)

XƏBƏR LENTİ