Suriyadan Türkiyə ərazisinə raket atılıb

848 21-01-2018, 11:08 dunya / gundem

Suriyadan Türkiyə ərazisinə raket atılıbSuriya ilə sərhəddə yerləşən Türkiyənin Kilis vilayəti Suriya ərazisindən raket atəşinə məruz qalıb.

Trend-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, raketlər Suriyanın Afrin bölgəsindən atılıb.

Raket zərbələri nəticəsində bir neçə binaya ziyan dəyib.

Mərmilərin düşdüyü ərazilərə tibbi yardım briqadaları, yanğınsöndürənlər və təhlükəsizlik qüvvələrinin əməkdaşları cılb edilib.
Xatırladaq ki, Türkiyə ordusu Suriyanın şimalındaki Afrin bölgəsində “Zeytun budağı” əməliyyatına başlayıb.

Əməliyyata Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri cəlb edilib.

Xeberdar.net

XƏBƏR LENTİ