“Qidanın keyfiyyəti insanlıq üçün təhlükə yaradır” –BMT –dən ekspert rəyi

778 22-01-2018, 21:30 maraqli / gundem

“Qidanın keyfiyyəti insanlıq üçün təhlükə yaradır” –BMT –dən ekspert rəyi
“Müasir texnologiyalar artıq bütün Yer əhalisini doyurmağa imkan verir. Buna görə gələcəkdə əsas təhlükə aclıq deyil, qidanın keyfiyyəti olacaq”.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Moskva şöbəsinin rəhbəri Yevgeniya Serova belə hesab edir.

"Yaxın gələcəkdə dünyada antibiotiklər böyük ehtimalla xəstəliklərdən qorumaq qabiliyyətini itirəcək, ərzaq məhsulları isə neft emalı tullantılarından istehsal olunacaq. Ərzaq məhsullarının qlobal istehsalı artdıqca qida təhlükəsizliyi riski də artır. Bu, kifayət qədər yeni və çətin problemdir", – deyə Serova qeyd edib.

FAO eksperti həmçinin hesab edir ki, insanlara ehtiyatları gələcək nəsillər üçün saxlayan istehsal lazımdır.

Mövcud yanaşma ilə tezliklə 50% daha çox torpağa, suya və s. ehtiyac olacaq. "Bu resursları haradan alacağıq? Amma ərzaq itkisini heç olmasa yarıbayarı azaltsaq, istehsalı cəmi 28% artırmaq lazım gələcək", – deyə Serova qeyd edib. Bunun üçün ictimai təfəkkür üzərində işləmək lazımdır. Müasir sabit inkişaf konsepsiyası həm də kütləvi şüurdur. İnsanlar dərk etməlidirlər ki, əvvəlki iqtisadi inkişaf davam etdirmək artıq mümkün deyil – sadəcə olaraq dünyada ehtiyatlar yoxdur, deyə o qeyd edib.

Qida təhlükəsizliyi əsas ərzaq məhsulalrının böyük hissəsini idxal edən Azərbaycan üçün də aktual problemdir. Kənd təsərrüfatı sahəsində vəd olunmuş islahatlar hələ də əhalinin yerli ərzaq məhsulları ilə təmin edilməsi problemini həll etməyib.

XƏBƏR LENTİ