Bakıda 2 qadın itkin düşdü - Polis axtarır

742 23-01-2018, 16:00 cemiyyet / gundem

Bakıda 2 qadın itkin düşdü - Polis axtarırXətai rayon 36-cı polis bölməsinə itkin düşmə ilə bağlı ərizə daxil olub.

Moderator.az-ın xəbərinə görə, 1986-cı il təvəllüdlü Xəyalə Adil qızı Kərimovanın itkin düşməsi barədə məlumatı onun yaxınları verib.

Digər qadın isə Yasamal rayonu ərazisində itkin düşüb.

Yasamal RPİ-nin 27-ci polis bölməsinə 1998-ci il təvəllüdlü İsmayılova Elvira Rafiq qızının evdən çıxaraq geri qayıtmaması barədə məlumat daxil olub.

Hazırda hər iki qadının tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Xeberdar.net

XƏBƏR LENTİ