Ağdamda 68 yaşlı piyadanı maşın vurub

829 27-01-2018, 15:36 cemiyyet / gundem

Ağdamda 68 yaşlı piyadanı maşın vurubAğdamda 68 yaşlı piyadanı maşın vurub. APA-nın Qarabağ müxbirinin xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.

Rayonun Seyidli kənd sakini Taryel Həsənlini yolu keçmək istəyərkən Quluyev Bəhruz Eldar oğlu idarə etdiyi “VAZ-21099” markalı maşınla vurub. Yaralı T.Həsənli Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberdar.net

XƏBƏR LENTİ