Tramp ABŞ-ın hərbi büdcəsini artıracaq

624 27-01-2018, 15:37 dunya / gundem

Tramp ABŞ-ın hərbi büdcəsini artıracaqABŞ prezidenti Donald Tramp fevral ayında ölkənin 2019-cu il hərbi büdcəsinin artırılması ilə bağlı konqresə layihə təqdim edəcək. Büdcə layihəsində müdafiə xərclərinin 13 faiz - təxminən 716 milyard dollara qədər artırılması nəzərdə tutulur.

Oxu.Az xəbər verir ki, bu barədə “The Washington Post” ABŞ hökumətindən olan mənbəyə istinadən məlumat yayıb.

Bu vəsaitlər hərbi əməliyyatlara və ABŞ nüvə arsenalının maddi-texniki təchizatına sərf olunacaq.

Xeberdar.net

XƏBƏR LENTİ