Tovuzda avtomobil aşıb, 4 nəfər xəsarət alıb

663 27-01-2018, 15:45 cemiyyet / gundem

Tovuzda avtomobil aşıb, 4 nəfər xəsarət alıbTovuz rayonunda avtomobil idarəetmədən çıxaraq aşıb, 4 nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Böyük Qışlaq-Cəfərli avtomobil yolunda baş verib.

İlkin məlumata görə, qarlı-şaxtalı hava şəraiti səbəbi ilə avtomobil idarəetmədən çıxaraq sürüşüb və yolun kənarına aşıb. Hadisə nəticəsində sürücü və avtomobildə olan üç sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb ediliblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xeberdar.net

XƏBƏR LENTİ