Ermənistanda rusiyalı hərbçini öldürən şəxsin İŞİD-lə əlaqəsi olub

641 30-01-2018, 19:23 dunya / gundem

Ermənistanda rusiyalı hərbçini öldürən şəxsin İŞİD-lə əlaqəsi olubErmənistanda rusiyalı hərbçini öldürməkdə ittiham olunan Arman Cancuqazyan internet vasitəsilə İŞİD terror qruplaşmasının adından çıxış edən şəxslərlə əlaqə yaradıb.

"Report" xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsinin rəisi, polkovnik Mikael Ambartsumyan "Jovoxurd" qəzetinə müsahibəsində deyib.

Xatırladaq ki, ötən il aprelin 22-də Rusiyanın Ermənistandakı hərbi bazasının hərbi qulluqçusu Dmitri Yalpayev Gümrü şəhərindəki mağazalardan birinin yaxınlığında öldürülüb. O, boyun, bel və baş nahiyyələrindən səkkiz kəsilmiş-deşilmiş yara alaraq yerində ölüb. Qətli törətməkdə Ermənistanın Stepanavan şəhərinin 21 yaşlı sakini Arman Cancuqazyan ittiham olunur.

İttiham tərəfinin iddianaməsinə əsasən, şübhəli şəxs hələ kimliyi bilinməyən və İŞİD tərəfdarları kimi təqdim olunan şəxslərin yardımı ilə dini nifrət motivləri zəminində D.Yalpayevə bıçaqla bir neçə zərbə vurub.

Xeberdar.net

XƏBƏR LENTİ