Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində maaşlar müəyyənləşib

Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində maaşlar müəyyənləşibDövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşlarının sxemi” təsdiq edilib.

“Report” xəbər verir ki, bu barədə baş nazir Artur Rasi-zadə sərəncam imzalayıb.

Sərəncama əsasən, həmçinin həmin müəssisələrdə çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış baş ustalar, istehsalat təlimi ustaları, gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri, fiziki tərbiyə rəhbərlərinin aylıq vəzifə maaşlarının sxemi təsdiq edilib.

Sənədə görə, dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 500 manat, direktorun müavinlərinin, baş mühasiblərinin aylıq vəzifə maaşı 450 manat və dərs hissə müdirlərinin aylıq vəzifə maaşı 400 manat müəyyən edilib.

Təhsil Nazirliyinə iki ay müddətində dövlət ilk peşə- ixtisas təhsili müəssisələrində nəticələrə əsaslanan maliyyələşmə sisteminin yaradılması üçün meyarları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən etmə tapşırığı verilib.

Bildirilir ki, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, həmçinin Maliyyə nazirlikləri bu qərardan irəli gələn məsələləri həll etməlidir.

Xeberdar.net

Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində maaşlar müəyyənləşib

  • 2-02-2018, 10:33
  • 529


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Xəstənin 10 000-nini alıb kor etdilər - "Yeni Gəncə" klinikasından ŞİKAYƏT
  2. Avtomobil yollarındakı vəziyyətlə bağlı sürücülərə XƏBƏRDARLIQ
  3. Bağçada azyaşlını döyən tərbiyəçinin işi ilə bağlı yeni açıqlama
  4. Qarın piylərini yox etməyin üsulu açıqlandı
  5. Erməni hüquqşünas: "Hələ də morqlarda naməlum cəsədlər var”
  6. "“QARA BAZAR"a "KRIŞALIQ" EDƏN MƏMURLAR VAR” - Millət vəkilindən dollarla bağlı açıqlama
  7. Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün şərtləri açıqlayıb
  8. DİN Katibliyinin rəisi vəzifəsinə yeni təyinat olub
  9. BŞİH Aparat Rəhbərinin 2 Milyonluq Mənzili – Qazancın Görünməyən Tərəfləri…
  10. Bir neçə qurum bilikdə 65 toyun monitorinqini həyata keçirib- 4 nəfər cərimələnib
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI