Türkiyə ərazisinə keçmək istəyən PKK terrorçuları məhv edildi

650 2-02-2018, 11:53 dunya / gundem

Türkiyə ərazisinə keçmək istəyən PKK terrorçuları məhv edildiTürkiyə Hərbi Hava Qüvvələri (HHQ) İraqın şimalından Türkiyə ərazisinə keçməyi planlaşdıran PKK terrorçularının bölmələrini məhv edib.

Bu barədə Trend Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına istinadən məlumat verir.

Terrorçulara qarşı əməliyyat çərçivəsində PKK-nın 4 dayaq məntəqəsi də darmadağın edilib.

Xatırladaq ki, ötən gün Türkiyənin İraqla sərhədində yerləşən Hakkari vilayətindəki hərbi hissəyə hücum olub. Nəticədə 1 hərbçi ölüb, 5-i yaralanıb.

Xeberdar.net

XƏBƏR LENTİ