Hadisə yerindən qaçan sürücü saxlanıldı

827 3-02-2018, 19:47 cemiyyet / gundem

Hadisə yerindən qaçan sürücü saxlanıldıFevralın 2-də saat 7 radələrində Binəqədi rayonunun A.Məmmədov küçəsində yolu keçən 55-60 yaşlı kişi müəyyən edilməmiş avtomobillə vurulub və nəticədə hadisə yerində ölüb.

DİN mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə,Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində ölən şəxsin paytaxt sakini Məsim Həsənov olması, hadisənin isə “İsuzu” markalı avtobusla törədilməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə hadisə yerindən qaçan həmin xətt avtobusunun sürücüsü - Bakı şəhər sakini Ramiz Kərimov saxlanılaraq istintaqa cəlb olunub.

Faktla bağlı cinayət işi başlanılıb. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Xeberdar.net

XƏBƏR LENTİ