“Zeytun budağı” əməliyyatından acı xəbər –Türkiyə bu gün 7 şəhid verdi, bütün atəş hədəfləri məhv edildi

821 3-02-2018, 23:57 dunya / gundem

“Zeytun budağı” əməliyyatından acı xəbər –Türkiyə bu gün 7 şəhid verdi, bütün atəş hədəfləri məhv edildi"Zeytun budağı" əməliyyatı çərçivəsində bu gün Türkiyə ordusu daha 7 şəhid verib.

Xeberdar.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün Afrin və adıçəkilən bölgə ilə Türkiyənin Kilis şəhəri sərhədində PYD terrorçuları ilə gedən döyüşlərdə iki türk əsgəri həlak olublar.

Axşamüstü isə PYD terrorçuları Afrində Türkiyə ordusunun mövqeyini raket atəşinə tutub. Nəticədə 5 türk əsgəri şəhid olub, bir neçə əsgər isə yaralanıb.

Türkiyə ordusunun Baş Qərargahı bütün atəş nöqtələrinin məhv edildiyini, şəhidlərin qanının dərhal alındığını bəyan edib.

Xeberdar.net

XƏBƏR LENTİ