Qərb Rusiyanı İrəvandan çıxarır... – Erməni ekspert

724 4-02-2018, 16:43 dunya / gundem

Qərb Rusiyanı İrəvandan çıxarır... – Erməni ekspertMoskva və Vaşinqton arasında qarşıdurmanın yeni səviyyəsi Ermənistanın daxili siyasi sisteminə təsir göstərəcək.

Bu sözlər erməni analitik Sərkis Artsruninin “1in.am” saytındakı məqaləsində yer alıb.
“Moskvanın siyasətinə “Kreml hesabatı”nın gələcəkdə konkret olaraq hansı təsiri göstərəcəyini söyləmək çətindir. Aydın olan odur ki, Qərb hakim dairələri dünyanın müxtəlif regionlarında Rusiya təsirini zəiflətmək üçün addımlar atırlar. Şübhəsiz ki, Qərb paytaxtlarının Cənubi Qafqazda Rusiya təsirini məhdudlaşdırmaq üçün də planları var. Bu kontekstdə Moskvanın Karen Karapetyana hansı yatırımı edəcəyini söyləmək çətindir. Putinin ətrafı yaxşı anlayır ki, Ermənistanın siyasi sistemindəki status-kvonu dəyişdirmək cəhdi ilk növbədə Rusiya üçün qeyri-müəyyən nəticələrə gətirib çıxaracaq. İstənilən halda dünən Almatıda Medvedyevlə Karen Karapetyan arasında baş tutan görüş Moskva elitasının apreldən öncə əhval-ruhiyyəsini anlamaq üçün sonuncu şans idi”, – deyə o bildirib.(axar.az)

XƏBƏR LENTİ