Ötən il SOCAR-ın Kulevi terminalından 1,6 mln. ton neft və neft məhsulu nəql olunub

677 6-02-2018, 11:30 cemiyyet / gundem

Ötən il SOCAR-ın Kulevi terminalından 1,6 mln. ton neft və neft məhsulu nəql olunub2017-ci ildə SOCAR-ın Gürcüstanın Qara dəniz sahilində yerləşən Kulevi Neft Terminalı 1,6 mln. ton neft və neft məhsulu qəbul edərək yola salıb.

APA-nın yerli bürosu Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə istinadla xəbər verir ki, ötən il ölkənin dəniz liman və terminalları, ümumilikdə 16,3 mln. ton yük emal edib. Bu göstərici 2016-cı illə müqayisədə 1,3 mln. ton azdır.

2017-ci ildə Poti limanı 6,7 mln. ton, Batumi limanı 4,2 mln. ton, Supsa neft terminalı isə 3,8 mln. ton yük emal edib.

Ötən il Poti və Batumi dəniz limanlarında emal olunmuş yük konteynerlərinin sayı 2016-cı illə müqayisədə 64 982 ədəd artaraq 394 787 ədəd təşkil edib.

Xeberdar.net

XƏBƏR LENTİ