İstanbulda hoteldə yanğın: yaralılar var

752 7-02-2018, 09:51 hadise / gundem

İstanbulda hoteldə yanğın: yaralılar var
Türkiyənin İstanbul şəhərində hoteldə yanğın baş verib.

Trend xəbər verir ki, hadisə Bəyoğlu rayonunda 7 mərtəbəli hotelin 4-cü mərtəbəsində qeydə alınıb.

İlkin məlumata əsasən, yanğın nəticəsində aralarında əcnəbi vətəndaşın da olduğu 6 nəfər xəsarət alıb. Onlardan 3-nün vəziyyəti ağırdır.ğYanğın söndürülüb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ açıqlanmır.

Xeberdar.net

XƏBƏR LENTİ