Azərbaycanda terrorçuluğa qarşı mübarizə gücləndirilir

Azərbaycanda terrorçuluğa qarşı mübarizə gücləndirilirAzərbaycanda terrorçuluğa qarşı mübarizə gücləndirilir.

Trend-in məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir. Dəyişikliyə əsasən, terrorçuluğun malyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində yalnız monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər deyil, həmçinin hüquqi və fiziki şəxslər, dövlət qurumları zəruri tədbirləri görməməyə və ya maliyyə monitorinqi orqanının aktivlərinin dondurulması barədə qərarı icra etməməyə görə inzibati məsuliyyətə cəlb ediləcəklər.

Qeyd edək ki, 2017-ci il 14 aprel tarixində “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna edilən dəyişikliyə əsasən, bütün fiziki və hüquqi şəxslər, o cümlədən monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər, habelə dövlət qurumları terrorçuluğun malyyələşdirilıməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulması üzrə tədbirlər görməli və bu barədə dərhal maliyyə monitorinqi orqanına məlumat verməlidirlər.

Layihə qeyd edilən qanunun icrası məqsədilə hazırlanıb.

Maddənin həmin bəndinə əsasən, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər isə 15 min manatdan 25 min manatadək məbləğdə cərimə edilir.

Dəyişikliklər Milli Məclisin fevralın 13-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.

Xeberdar.net

Azərbaycanda terrorçuluğa qarşı mübarizə gücləndirilir

  • 7-02-2018, 12:25
  • 411


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Xəstənin 10 000-nini alıb kor etdilər - "Yeni Gəncə" klinikasından ŞİKAYƏT
  2. Avtomobil yollarındakı vəziyyətlə bağlı sürücülərə XƏBƏRDARLIQ
  3. Bağçada azyaşlını döyən tərbiyəçinin işi ilə bağlı yeni açıqlama
  4. Qarın piylərini yox etməyin üsulu açıqlandı
  5. Erməni hüquqşünas: "Hələ də morqlarda naməlum cəsədlər var”
  6. "“QARA BAZAR"a "KRIŞALIQ" EDƏN MƏMURLAR VAR” - Millət vəkilindən dollarla bağlı açıqlama
  7. Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün şərtləri açıqlayıb
  8. DİN Katibliyinin rəisi vəzifəsinə yeni təyinat olub
  9. BŞİH Aparat Rəhbərinin 2 Milyonluq Mənzili – Qazancın Görünməyən Tərəfləri…
  10. Bir neçə qurum bilikdə 65 toyun monitorinqini həyata keçirib- 4 nəfər cərimələnib
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI