Şəxsiyyət vəsiqələrinə görə ödənilən rüsumlar artırıldı

Şəxsiyyət vəsiqələrinə görə ödənilən rüsumlar artırıldı

“ASAN Xidmət”də şəxsiyyət vəsiqələrinin verilməsinə görə ödənilən dövlət rüsumları artırılıb. Bu barədə sputnik.az saytı məlumat yayıb. Məlumatı”ASAN Xidmət”in mətbuat katibi Anar Hüseynov təsdiqləyib.

Bununla belə, A. Hüseynov rüsumların artmasının “ASAN Xidmət”lə əlaqəsi olmadığını qeyd etdi: “ASAN xidmət” mərkəzləri, dövlət orqanları tərəfindən göstərilən xidmətləri vahid bir formada hazırlayaraq həyata keçirən orqandır. “ASAN xidmət”də hal-hazırda 10 dövlət qurumu birləşərək bütün xidmətləri həyata keçirir. O ki qaldı “ASAN Xidmət rüsumları qaldırır” iddiasına, bizim belə bir səlahiyyətimiz yoxdur”.

Onun sözlərinə görə, “ASAN Xidmət”də tələb olunan rüsumların hamısı qanunvericiliklə təyin olunan rüsumlardır.

Qeyd edək ki, hazırda “ASAN Xidmət” mərkəzlərində “Şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi” üçün dövlət rüsumları aşağıdakı kimidir:

16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi verilərkən dövlət rüsumu alınmır.

16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsinə görə isə:

On gün müddətində verildikdə və ya dəyişdirildikdə — 5 manat
Üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə — 25 manat
Bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə — 35 manat
Xeberdar.net

Şəxsiyyət vəsiqələrinə görə ödənilən rüsumlar artırıldı

  • 14-01-2016, 14:35
  • 932


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Azərbaycanda tələbə “WhatsApp”da status yazıb intihar etdi - FOTO
  2. Astarada qadın qonşusunun verdiyi dərmandan öldü
  3. DSX-dən İrana CAVAB
  4. Azərbaycanda hamilə qadın peyvəndə görə tələbəlikdən imtina edib
  5. Bakıda DƏHŞƏT: 6 yaşlı uşaq diri-diri YANDI
  6. Sumqayıtda hamilə arvadını öldürən şəxsə hökm oxunub
  7. Sabiq icra başçısının həbs müddəti uzadılıb
  8. Azərbaycan-Gürcüstan-Türkiyə birgə gömrük komitəsinin fəaliyyət istiqamətləri açıqlanıb
  9. Qəbələdə karantin qaydalarını pozan toy təşkilatçıları cərimələnib
  10. Tehran rejiminin Azərbaycana qarşı törətdiyi təxribatlarla əlaqədar Milli Hərəkatçılar Birliyi bəyanat yaydı
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI